lombard
15:00
418

AYB-nin Gəncə bölməsində şair Qəşəm Nəcəfzadə ilə görüş olub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, şair-publisist Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Görüşü Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra çıxış edən yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə və başqaları şair haqqında ürək sözlərini söyləyiblər, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə Q.Nəcəfzadə haqqında videomateriallar göstərilib.

Sonda Qəşəm Nəcəfzadə yeni şeirlərini oxuyub, kitablarını tədbir iştirakçılarına bağışlayıb və maraqlı görüş üçün AYB-nin Gəncə bölməsinə təşəkkürünü bildirib.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ