lombard
15:23
297

Yunanıstanda növbədənkənar parlament seçkilərinin tarixi müəyyənləşib

Yunanıstan hökumətinin təmsilçisi Dimitris Tsanakopulos bildirib ki, ölkədə parlament seçkiləri iyulun 7-də keçiriləcək. O deyib ki, Baş Nazir Aleksis Tsipras iyulun 7-si tarixini məhz ona görə seçib ki səsvermə, universitetlərə qəbul imtahanları ilə üst-üstə düşməsin.

Qeyd edək ki, Baş naziri Aleksis Tsiprasın rəhbərlik etdiyi Sol Radikal Qüvvələrin Koalisiyası Partiyası (SİRİZA) Avropa Parlamentinə seçkilərdə müxalif Yeni Demokratiya Partiyasından az səs toplayıb. Bundan sonra Aleksis Tsipras tezliklə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ