lombard
16:53
370

“Çelsi” futbolçuları Bakıda kubokla pivə içdi

Bakıda UEFA Avropa Liqasının qalibi olan “Çelsi”nin mükafatlandırma mərasimindən sonra paltardəyişmə otağında sevincli anlarını əks etdirən görüntülər yayılıb.

İnkişaf.Tv Oxu.Az-a istinadən xəbər verir ki, “Çelsi”nin rəsmi TV kanalında yayımlanan görüntülərdə “zadəganlar”ın qələbəni pivə içərək qeyd etdiyi görünür.

Bunların içərisində ən fəalı isə “Arsenal”ın sabiq futbolçusu Olivye Jirudur. 49-cu dəqiqədə hesabı açmış və bununla da cari mövsüm Avropa Liqasının 11 qolla bombardiri olmuş fransalı forvard pivəni kuboka tökdürərək onu içir.

Qeyd edək ki, dünən “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək bu kuboku ikinci dəfə başı üzərinə qaldırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ