lombard
17:01
377

“Ən yaxşı oxucu” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının dəstəyi ilə “Nəsimi ili” çərçivəsində “Ən yaxşı oxucu” müsabiqəsinə yekun vurulub.

Kitabxanadan bildirilib ki, tədbirin aparıcısı, kitabxananın əməkdaşı, Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığından söhbət açıb. O, 15 noyabr 2018-ci il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını xatırladıb.

Tədbirdə kitabxana filialın müdiri Turanə Əmirova kitab və mütaliənin vacibliyindən danışıb.

Kitabxanaçı Hilanə Babayeva kitabxanada fevral ayından keçirilən “Ən yaxşı oxucu” müsabiqəsinin qaliblərini elan edib. Birinci yeri Nuray Rza qazanıb və təşəkkürnamə ilə təltif olunub. Kitabxananın bütün tədbirlərində fəal iştirak edən Araz Ağkəmərli isə təşəkkürnamə ilə təltif olunub.

Sonda Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri və kitabxananın fəal oxucularının ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ