lombard
17:20
361

Fənn olimpiadalarında qızıl medal qazanan xaçmazlı məktəbli hüquqşünas olmaq arzusundadır

Respublika fənn olimpiadalarının final mərhələsində uğurla çıxış edərək qızıl medala layiq görülən xaçmazlı məktəbli Ceyhun Əsədov hüquqşünas olmaq arzusundadır.

Rayonun Qımılqışlaq kənd tam orta məktəbinin XI sinif şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən müsabiqədə qızıl medal alan 4 məktəblidən biridir.

Qaydalara əsasən olimpiada qalibləri ali məktəbə imtahansız qəbul ola bilər. Ceyhun Əsədov qəbul imtahanlarında topladığı bala əsasən seçim edəcək. Buraxılış və qəbul imtahanlarının ilk mərhələsində 600-ə yaxın bal toplayan məktəbli təhsilini hüquq ixtisası üzrə davam etdirmək istəyir.

“Keçən il də final mərhələsinə düşə bilmişdim. Amma medal qazanmamışdım. Bu il daha ciddi hazırlaşdım və məqsədimə nail oldum. Müəllimlərimin və valideynlərimin mənə olan ümidlərini doğrultduğum üçün çox şadam”, - deyə o, bildirib.

Ceyhun Əsədov builki fənn olimpiadalarında şimal bölgəsi üzrə qızıl medala layiq görülən yeganə şagirddir.

Builki respublika fənn olimpiadalarında 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla, ümumilikdə, 274 nəfər qalib elan edilib.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ