Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranda AMAL-çı gənclərlə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşə Aqrar Məşğulluğun Artırılması Layihəsinə (AMAL) Neftçala, Lənkəran və Masallı rayonlarından qatılmış 200-dən artıq gənc iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində verilən məlumata görə, nazir İnam Kərimov dövlətimizin başçısının Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrin fermerlərlə daimi ünsiyyət, aqrar sahədə düzgün idarəçilik və fəaliyyətdə müasir yanaşma olduğunu bildirib. “Bütün bu vəzifələrin icrasında bizim ən böyük gözləntilərimiz gənclərdəndir”, - deyən nazir AMAL layihəsinin də məhz bu vəzifələrin daha sürətlə icrası məqsədilə yaradıldığını qeyd edib.
“Hər hansı sahədə yeniliklərin, müasir texnologiyaların və yanaşmaların tətbiqi o sahəyə məhz gənclərin gəlişi ilə bağlıdır. Gənclərin aqrar sahəyə cəlb olunması onların məşğulluğunun təmin edilməsi ilə yanaşı, bu sahənin yenilənməsi, sürətli inkişafı üçün vacibdir”, – deyə nazir vurğulayıb.
AMAL layihəsini həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev tədbir iştirakçılarına layihə barədə geniş məlumat verib. 2018-ci ilin noyabrında elan edilmiş layihəyə ilkin mərhələdə 1000 nəfərin seçildiyini, daha sonra isə 400 nəfərin növbəti mərhələyə keçdiyini qeyd edən agentlik sədri Neftçalada AMAL-ın “Gənc Fermerlər Proqramı”nın təlimini başa vurduqlarını deyib. Təlimdə iştirak etmiş gənclər biznes planlarını hazırlayaraq, seçim üçün təqdim ediblər.
Mirzə Əliyev Lənkərandan olan AMAL-çıların sitrus meyvələrinin yetişdirilməsi ilə bağlı pilot layihəyə başladıqlarını bildirib.
© AzərTac