lombard
09:22
321

Qubada atasının 47 min dollarını oğurlayan gənc saxlanılıb

Qubada atasının 47 min dollarını oğurlayan gənc saxlanılıb

Qubada öz yaşadığı evdən oğurluq edən gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubanın Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.



Azərtac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ