lombard
09:48
313

Sabirabadda minik avtomobili aşıb,sürücü yaralanıb

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarağac kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan rayonunun Arbatan kənd sakini, Anar Səmədov idarəetdiyi “Lada Priora” avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ