Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri Ankarada təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində növbəti dəfə uğur qazanıblar.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyindən bildirilib ki, turnirdə iştirak edən 8 və 10 yaşlı naxçıvanlı zəka sahibləri A və B qruplarında mübarizə aparıblar.
Turnirdə çıxış edən şahmatçımız Ərturan İsmayılov qalib adını qazanıb. Nazlı Hümbətova isə qızlar arasında üçüncü olub.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.