lombard
16:41
318

“Vətən, millət, ordu” adlı yeni məcmuə

Dahi bəstəkar Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yaratdığı mahnılardan ibarət “Vətən, millət, ordu” adlı məcmuə Mədəniyyət Nazirliyinin sifarişi ilə işıq üzü görüb.

Nazirlikdən bildirilib ki, nəşrdə görkəmli bəstəkarın musiqisevərlərə məlum olmayan bir neçə mahnılarına da yer verilib. Məcmuədəki əsərlər xor, solist və müxtəlif heyətlərlə ifa üçün nəzərdə tutulub.

Kitab Mədəniyyət Nazirliyinin tabeliyindəki aidiyyəti qurumlara paylanılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ