lombard
17:00
370

İdmançılar üçün yay düşərgəsi

İdmançılar üçün yay düşərgəsi

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə bu mərkəzin “Zuğulba” Tədris İdman Bazasında idman-sağlamlıq düşərgəsi təşkil edilib.

Təhsil Nazirliyindən bildiriblər ki, düşərgədə bu qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yüksək nəticə göstərmiş idmançıları iştirak ediblər.

Karate, badminton, boks, stolüstü tennis, həndbol bölmələri üzrə 100 məktəbli idmançının qatıldığı düşərgədə müvafiq proqramlar əsasında onların məşq və istirahətlərinin səmərəli keçirilməsi təmin olunub.

Düşərgənin təşkil olunmasında məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların idmanda daha yüksək nailiyyət əldə etməsi üçün stimul yaratmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.


Azərtac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ