Yasamal rayonu ərazisindəki apteklərin birindən 1266 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş P.Axundov rayon polis idarəsinin 28-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat tədbirləri ilə onun avqustun 6-da rayon ərazisindəki daha bir aptekdən 230 manat pul və mobil telefon oğurlaması müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.