lombard
10:01
359

Avtobusların toqquşması Bakıda tıxac yaratdı

Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.

Bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib

Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.

Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ