lombard
11:34
267

"Renault" zavodunda yanğın - Fəhlə yandı

Fransanın "Renault" avtomobil istehsalı zavodunda yanğın olub.

Yanğın zavodda avtomobillərin rənglənməsi üçün olan kameranın içərisində təmir işləri aparılarkən baş verib.

Məlumata görə, yanğın zamanı 58 yaşlı əməkdaş 3-cü dərəcli yanıq xəsarətləri alıb. Yaralı Mets şəhər xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Hadisə yerinə dərhal yanğınsöndürənlərin cəlb edilməsi yanğının bütün zavod ərazisinə yayılmasının qarşsını alıb.

Yanığının zavodun ümumi işinə hər hansı bir təsiri olmadığı qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ