lombard
11:57
266

Xaçmazda dənizdə batan uşağın meyiti Dərbənddə tapılıb

Xaçmazda dənizdə batan 11 yaşlı uşağın meyiti Dərbənddə tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 01.08.2019-cu il tarixində Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti 07.08.2019-cu il tarixində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ