lombard
15:53
321

Daşkəsənin 3 yaşayış məntəqəsinə ilk dəfə qaz xətti çəkilir

Bu il Daşkəsən rayonunun Quşçu kəndində 404 abonent, Bayan kəndində isə 459 abonent təbii qazla təmin edilib.

İNKİSAF TV AZƏRTAC-a istinadla xəbər verir ki, hazırda rayonun Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə yeni qaz xətti çəkilir.

Sərt dağlıq relyef şəraiti ilə seçilən rayon ərazisində hazırda qazlaşma yaşayış məntəqələri üzrə 20,4 faiz, ev təsərrüfatları üzrə isə 62,4 faiz təşkil edir.

Həmin məntəqələrdə qazlaşma işləri tamamlandıqdan sonra Daşkəsən rayonunun yaşayış məntəqələrinin qazlaşması 26,5 faizə, ev təsərrüfatları üzrə isə 65,9 faizə çatacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ