lombard
16:27
467

Sumqayıtda avtobus sürücüsü sükan arxasında ölüb

Sumqayıt şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Avqustun 8-də günorta saatlarında Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi xətti üzrə hərəkət edən 3 nömrəli marşrut avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Kazımov İmamverdi Əsgər oğlu sükan arxasında dünyasını dəyişib.

Özünü narahat hiss edən sürücü avtobusu saxlaya bilib. İlkin məlumata görə, o, infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ