lombard
15:01
264

Yanvar-iyul aylarında 125,6 min şəxs aktiv məşğulluq tədbirlərindən faydalanıb

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq
tədbirlərindən 125,6 min şəxs faydalanıb.
Onlardan 57 552 nəfər Xidmətin xətti ilə münasib işlərlə təmin olunub.
Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən və kiçik ailə
biznesini qurmaq üçün potensialları olan vətəndaşlardan artıq 4 minədək
şəxs proqram üzrə təşkil olunan təlimlərdən keçib. 1100 nəfər işsiz və
işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə
hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Kursları bitirdikdən sonra
onlara peşə sertifikatları verilib.
Böyük əksəriyyəti gənclərdən ibarət 63 min nəfər isə peşəyönümü
tədbirlərinə cəlb edilib. Onlara əmək bazarında mövcud vəziyyət və tələb
olunan peşə və ixtisaslar barədə məlumatlar, əmək bazarının tələblərinə
uyğun düzgün peşə seçiminə dəstək məqsədilə məsləhətlər verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ