lombard
16:27
236

Əlilliyi olan şəxslər üçün yeni elektron sistemi yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron
informasiya sistemində “Reabilitasiya” altsistemi yaradılır.
Altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert
Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında
e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin
reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil
edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin
reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına
malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və
şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil
qurulmasına imkan verəcək.
Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən
reabilitasiya tədbirləri, bu tədbirlərin nəticələri də “Reabilitasiya” altsisteminə
daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və
fərdi reabilitasiya proqramının icrası çərçivəsində TSEK-lərin həmin
məlumatlar əsasında müvafiq qərar verməsi mümkün olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ