lombard
17:01
278

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında
şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir
Quliyev Qəbələ rayonunda, Rafiq Aslanov isə İsmayıllı rayonunda
vətəndaşları fərdi qaydada qəbul ediblər.
Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian
quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi,
suvarma kanallarının lildən təmizlənməsi və müxtəlif məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin sədr müavinləri şikayətlərin qısa müddətdə
araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul
işçilərə müvafiq tapşırıqlar veriblər. Vətəndaşlar tərəfindən qaldırılan
məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan
müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün
rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər
.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ