lombard
09:27
325

Lökbatanda vurulan piyada hadisə yerində öldü

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəbrayılov idarə etdiyi “Toyota” markalı avtomobili idarə edərkən yolu keçən 45-50 yaşlı kişini vurüb.

Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ