lombard
09:33
296

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib və Latakiya əyalətlərinin yaşayış məntəqələrini 30 dəfər atəşə tutublar.

Bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, qanunsuz silahlı qruplaşmalar İdlib əyalətinin 1, Hələb əyalətinin 9 və Latakiya əyalətinin 11 yaşayış məntəqəsini atəşə tutublar.

A.Bakin qeyd edib ki, qaçqınların hərbi əməliyyatların başlanmasına qədər yaşayış yerlərinə qayıtması davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ