lombard
09:45
251

Suraxanıda 3 otaqlı mənzil külə dönüb

Bakı şəhərində 5 mərtəbəli yaşayış binasında mənzil yanıb. FHN-dən verilən məlumata görə, yanğın paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ