lombard
10:26
429

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən
respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250
manata çatdırılacaq.
Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7
avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında
ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün
yeni VTC təsdiq edilib.
Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət
büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman,
kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və
rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.
Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə
250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə 1 sentyabr 2019-cu il
tarixindən başlanacaqdır.
Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin
2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə,
idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin
saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və
təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş
məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.
Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət
qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə
maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-
310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr
2019-cu il tarixindən başlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ