lombard
17:10
245

Ahıllar üçün rəngarəng konsert proqramı təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Qocalar evində konsert proqramı təşkil edib.

İnsanları sülhə, paylaşıma və xoş ünsiyyətə səsləyən Qurban bayramını ahıllarla keçirmək, onları sevindirmək məqsədi daşıyan tədbirdə tanınmış müğənnilər rəngarəng musiqi nömrələri təqdim ediblər.

Nəğməli-musiqili bayram tədbiri tamaşaçılara xoş ovqat bəxş etməklə yanaşı, onların zövqünü oxşayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ