lombard
17:22
267

Lənkəran Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikamızda əlilliyi olan
şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində
Lənkəran şəhərindəki Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində də müasir
tələblərə uyğun reabilitasiya şəraiti yaradılır.
Bu məqsədlə Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır.
Lənkəran və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan
müəssisədə səmərəli fizioterapevtik metodların tətbiqi əsasında, müasir
avadanlıqlardan istifadə edilməklə həmin şəxslərə kompleks tibbi-sosial reabilitasiya
xidmətləri göstəriləcək. Burada reabilitasiya sahəsində sınanmış metodika və
texnologiyalardan da geniş istifadə ediləcək.
Əsaslı təmir və yenidənqurma işləri zaman Mərkəzdə mövcud şəraitin əlilliyin
olan şəxslərə müyəssərliyinin təmin edilməsi, burada onların maneəsiz hərəkət
imkanlarına malik olmaları da diqqətdə saxlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ