lombard
17:29
324

Tovuzda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra
Hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin rayonda özünüməşğulluq proqramı
çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər.
Ötən il Tovuz rayonunda 178 ailə özünüməşğulluq proqramına cəlb edilib. Onlar
verilmiş aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Həmin təsərrüfatların böyük
əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. Cari ilin ötən dövründə isə
rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub.
Proqram iştirakçıları ilə görüşən S.Babayev Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının
ildən-ilə genişləndirildiyini deyib. O, proqramın aztəminatlı ailələrin kiçik ailə biznesinə
çıxışına, sahibkarlıq vərdişlərinə yiyələnmələrinə imkan yaratdığını vurğulayıb. Nazir qeyd
edib ki, proqrama cəlb edilənlər əsasən əlillliyi olan şəxslərdən, aztəminatlı, çoxuşaqlı, şəhid,
məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.
S.Babayev proqram iştirakçılarının dövlətin yaratdığı bu imkandan düzgün və səmərəli
fayadalanaraq, öz təsərrüfatlarını getdikcə genişləndirəcəklərinə əminliyini bildirib.
Baxış zamanı işsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlər hesabına yaratdıqları
təsərrüfatları normal şəkildə idarə etdikləri və inkişaf etdirmək üçün səy göstərdikləri
müşahidə edilib.
Proqram iştirakçıları aztəminatlı ailələrin rifah səviyyəsinin yaxşılaşdırılması üçün
aparılan ardıcıl işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramına
cəlb edildiklərinə və kiçik ailə təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə
ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ