lombard
11:46
221

Yer sürüşdü, torpaq 6 nəfəri "uddu"

Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib.

Təbii fəlakət nəticəsində 6 nəfər torpaq altında qalaraq ölüb. Daha 1 nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, 70 min kub metrlik dağ massivi yaxınlıqdakı iki yaşayış evinin üstünə dağılıb. Ərazidə növbəti sürüşmələrin olması istisna edilmir.

Hazırda xilasedicilər tərəfindən ərazidə itkin düşmüş şəxsin axtarışları aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ