lombard
11:57
404

Tovuzdakı günərzi qayğı mərkəzinin fəaliyyətinə baxış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra
Hakimiyyətinin başçısı Məmməd Məmmədov nazirliyin sifarişi ilə Tovuz rayonunda
yaradılmış günərzi qayğı mərkəzinin fəaliyyətinə baxış keçiriblər.
S.Babayev mərkəzin kollektivi ilə görüşündə bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamının
icrası işləri çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə
göstərilən sosial xidmətlərin genişləndirilməsi işləri aparılır. Ölkəmizin bölgələrindəki
günərzi xidmət mərkəzlərinin sayı da artırılır. Yəni bu mərkəzlərin sayı iki dəfədən çox
artırılaraq 60-a yaxın olacaq. Bununla artıq demək olar ki, hər bir bölgədə müvafiq
kateqoriyadan olan uşaqlar üçün günərzi xidmət mərkəzi olacaq.
Mərkəzdə yaradılmış şərait, buradakı günərzi qayğı xidmətləri, uşaqlarla aparılan
işlər nəzərdən keçirilib. S.Babayev mərkəzin fəaliyyəti, uşaqlara göstərilən reabilitasiya
yönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlarını verib.
Mərkəzin fəaliyyətində məqsəd çətin həyat şəraitində olan uşaqların və ailələrin
sosial xidmətlərə çıxışının təmin edilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısının alınmasıdır. Buraya uşağını təkbaşına böyüdən ailələrin sosial
təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş)
ailələrin uşaqları cəlb edilib.
Mərkəzdə 30-dək uşağın (3-12 yaş arasında) yarımstasionar şəraitdə təlim-
tərbiyəsi, qidalanmaları, müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi
üçün işlər aparılır. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi
müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ