lombard
21:48
467

"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri

"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri
"BAYAT ELININ ZİYALILARI" adlı filmin yekun tədbiri

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019- cu ildə elan etdiyi Qrand müsabiqələrində qaliblərdən biri də Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin "BAYAT ELİNİN ZİYALILARI" filmin çəkilməsi adlı layihənin icrası üçün çəkilən filmdə Qədim Qarabağın bu gününü və keçmişini əks etdirən, Qarabağın qədim elatlarından biri olan Bayat elinin bu günkü ziyalıları, tarixdə olan önəmli şəxsiyyətləri haqda məlumatlar yer alıb. Layihənin rəhbəri Müharibə veteranı Bayat elinin ziyalısı Müşfiq Əliyevdir.
Bəşəri şair Məhəmməd Füzulinin vətəni olan Bayat elinin sonraki tarixində yaşamış Qarabağ xanı Pənahəli xan Bayat elinin igid övladı, ziyalısı, yetirməsidir.
Qarabağ xanlığının ilk yarandığı yer Bayat elidir. "Bayat elinin ziyalıları" filminin çəkilişləri Bakı şəhərində və Bayat elində aparılmışdı. Hazırlanan filmin təqdimat mərasimləri Ağcabədi və Şamaxı rayonlarında, Bakı şəhərində keçirilmişdi. Filmin diskləri tədbirin iştirakçılarına paylanılmışdı. Filmdə çəkilən ziyalıların hər biri Azərbaycan ictimaiyyətində tanınan, Azərbaycan üçün xidmətləri olan insanlardır.
Millət vəkili Aqil Abbas , Feqan Əliyev texnika elmləri doktoru, Professor, ictimai xadim, Cəfərov Əfqan əczaçı, elm adamı nümunəvi Azərbaycan qadını Zəridə Rüstəmova, şair, elm adamı Əli Aslanoğlu, Qarabağın dəyərli ziyalısı Azərbaycan Mədəniyyətinin inkişafına böyük tövhələr vermiş Qəzənfər Abbasov, Azərbaycan ictimaiyyətində tanınmış ziyalı, Azərbaycanın ərazi bütövlüyü, Qarabağa vətən uğrunda savaşa yollanmış Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas. Bayat elinin ağsaqqallarından olan dəyərli din xadimi, şəhid atası Xəlil Sadıqov və Ravil Səmədov filmdə çəkilmişdirlər. Bayat elindən bir çox ziyalılar dövlət əhəmiyyətli vəzifədə xidmət etdikləri üçün onların filmdə çəkilmələri məqsədəuyğun hesab edilmədi.
Boyad kəndində bəşəri şair olan Məhəmməd Füzulinin adını daşıyan kitabxana, görkəmli ziyalı, qüdrətli sərkərdə Pənahəli xanın yaratdığı Qarabağ Xanlığının ilk formalaşdığı, xanlıq sarayının qalıqları olan yerlər, məktəblər və ziyalılarla müsahibələr çəkilmişdir.
Layihənin məqsədi Dədə Qorqud yurdu olan Bayat elinin və ziyalılarının tarixinin tanıdılmasıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ