lombard
15:20
268

Energetika naziri və nazir müavini Gəncə və Goranboy şəhərlərində vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və
Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika
Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının
inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı)
keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində
Goranboy və Naftalan rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da
Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud
küçəsi, bina 27) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin
minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146,
1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı
Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235
17 57, (055) 573 17 57), elektron poçt ünvanı: office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az
internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi
vasitəsilə qəbula yazıla bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ