lombard
16:19
345

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda iki rayonun sakinləri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli
Ağstafa rayonunda həmin rayonun və Qazax rayonunun sakinlərini fərdi
qaydada qəbul edib.
M.Kərimli əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan
islahatlar barədə vətəndaşları məlumatlandırıb. Qəbul zamanı vətəndaşlar
sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının
müdafiəsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq
tədbirlərinə, özünüməşğulluq proqramına cəlb edilmə və s. məsələlərlə
bağlı müraciət ediblər.
Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv
şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı
izahatlar verilib. Bir sıra müraciətlərdə əksini tapan məsələlərin həlli ilə
əlaqədar müvafiq tədbirlər görülməsi tapşırılıb. Eləcə də vətəndaşlardan
bir qisminin müraciətlərinə əsasən onlara münasib iş yerlərinə göndərişlər
verilib.
Ayrı-ayrı vətəndaşlar özünüməşğulluq proqramına, peşə hazırlığına,
reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda iki rayonun sakinləri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda iki rayonun sakinləri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda iki rayonun sakinləri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda iki rayonun sakinləri ilə görüşüb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ