lombard
17:24
276

DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və
Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə 25 000-ci vətəndaş
müraciəti qeydə alınıb.
Müraciəti edən Bakı şəhəri, Yasamal rayon sakini Namiq Nəsibov DOST mərkəzinə
itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə
xidmətindən faydalanıb.
N.Nəsibov DOST mərkəzinə müraciət edən 25 000-ci vətəndaş olması ilə əlaqədar
mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib,
DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə
vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu
ifadə edib. O, sosial sahə üzrə geniş miqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən,
operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim
edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirib.
Cari ilin may ayında açılışı olan DOST Agentliyinin 1 saylı DOST mərkəzində
məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial
ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri və s. sahələr üzrə 130-dək
növdə xidmət təqdim edilir. Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə
xidmət göstərən mərkəzə hər gün 400-dən çox vətəndaş müraciəti qeydə alınır.
Aparılan monitorinqin nəticələrinə əsasən, mərkəzə müraciət edən vətəndaşların
DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faizdən yüksəkdir, qismən məmnunluq
səviyyəsi isə 4 faiz təşkil edir.
2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31 DOST
mərkəzinin açılması nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ