lombard
10:29
330

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

Kiyev “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.

Baş məşqçi vəzifəsinə komandanın idman direktoru Aleksey Mixayliçenkonun gətirilməsi üçün razılıq əldə edilib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, A.Mixayliçenko 2002-2004-cü illərdə də Kiyev “Dinamo”sunun baş məşqçisi olub. Komandanın əvvəlki başq məşqçisi Aleksandr Xatskeviç dünən vəzifəsindən uzaqlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ