lombard
13:34
269

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin
birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin
artırılması proqramı”nın ikinci mərhələsi çərçivəsində iştirakçıların seçiminə
start verilib.
Proqramın ikinci mərhələsində iştirak etmək üçün müraciət edən
əlilliyi olan şəxslərin ünsiyyət bacarıqları, hədəfləri, liderlik qabiliyyəti,
motivasiyası, təhsil və təcrübələri qiymətləndirilir. Layihə çərçivəsində ilk
təlim kursu sentyabrın əvvəlində başlayacaq və təlimdə 20 nəfər iştirak
edəcək. Ümumilikdə isə poqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı
şəhəri üzrə 100 nəfər əlilliyi olan şəxsin cəlb olunması nəzərdə tutulub.
Onlara ingilis dili, kompyuter bacarıqları tədris olunacaq, psixoloji
konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması
məqsədilə də təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara
beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət
göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş
qismində proqramda iştirakı təmin olunacaq.
Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf
etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması  proqramı” iştirakçılarının seçiminə başlanıb
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması  proqramı” iştirakçılarının seçiminə başlanıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ