lombard
16:36
290

Fransada atəşfəşanlıq zamanı 13 nəfər xəsarət aldı

Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb.

Qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb.

Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.

Polis partlayışla bağlı araşdırma başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ