lombard
11:14
291

Qubada 500-dən çox məzun ali məktəblərə qəbul olunub

Quba rayonunun ümumtəhsil müəssisələrini 2018-2019-cu tədris ilində müvəffəqiyyətlə bitirən 500-dən çox məzun ali məktəblərə qəbul olunub.

Həmin məzunlardan 14 nəfəri 600-dən yuxarı bal toplayaraq respublikanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Rayon üzrə ən yüksək nəticəni qazanan Əli Səlimli (660 bal) təhsilini Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam etdirəcək. 655 balla ikinci nəticə göstərən Fidan İsaqova Bakı Dövlət Universitetinin, 635 bal toplayan Ləman Məlikməmmədova isə Azərbaycan Tibb Universitetinin tələbəsi adına sahib olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ