lombard
11:50
390

“Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsinin
növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına
başlanılıb.
Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün
əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə daxil olan müraciətlər əsasında
həssas qruplardan (şəhid ailələri, əlilliyi olanların ailələri, aztəminatlı ailələr) olan ailələr
seçilib. Onlara məxsus torpaq sahələrində monitorinqlər aparılaraq, ehtiyaclar müəyyən
edilib.
İlk mərhələdə həmin sahələrin köhnə ağac və kötüklərdən, kollardan, daşlardan
təmizlənərək çəpərlənməsi, şumlanması, malalanması, digər hazırlıq işlərinin görülməsi
nəzərdə tutulur. Sahələr hazır vəziyyətə gətirildikdən sonra regionun iqlim şəraiti və
xüsusiyyətləri nəzərə alınaraq meyvə tingləri əkiləcək.
Layihə aztəminatlı ailələrin bağçılıq istiqamətində kiçik sahibkarlığa çıxışını
stimullaşdırmaqla yanaşı, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının
inkişafına da əlavə dəstəkdir.
Xatırladaq ki, 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas
qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış
təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib.
Layihə çərçivəsində təsərrüfatlara logistika və hazır məhsulun satışının təşkili
mərhələlərində də köməklik göstərilməsi nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ