Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 0,565 qram metamfetamin götürülüb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, M.Bayramova məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq bir kiloqramdan çox metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.