lombard
15:37
266

Türkiyə ordusu Suriyada atəşə tutuldu

Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibarət konvoy atəşə tutulub.

Konvoy bir postdan digərinə hərəkət edərkən hücuma məruz qalıb.

Qeyd olunur ki, itkilərin qeydə alınmaması üçün konvoy hərəkəti dayandırıb.

Atəşin Suriya ordusu tərəfindən açıldığı deyilir. Türkiyə ordu rəhbərliyi bölgəyə dronlar göndərib.

Qeyd edək ki, bu gün Türkiyə ordusu Suriya sərhədini keçərək Xan-Şeyhun şəhərinə tərəf hərəkətə başlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ