lombard
10:36
241

Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Birdəfəlik ödəmə ilə təminat proqramı artıq 93 faiz icra edilib 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının
vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha
109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar
qəbul edib. Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank
hesablarına köçürüləcək.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq
hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11403 şəhidin 16949
vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq
93 faiz icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ