lombard
17:25
265

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov növbəti dəfə vətəndaş qəbulu keçirib. Nazir
Bakı, Sumqayıt, Şirvan şəhərləri, Cəlilabad və Hacıqabul rayonlarından daxil olmuş
müraciətlər əsasında nazirlikdə vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik enerjisinə görə
borcun silinməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin
hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin
aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid
olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün
göstərişlər verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.
Müxtəlif məsələlərlə bağlı nazirliyə daxil olan vətəndaş müraciətləri aidiyyəti üzrə
araşdırılır və müvafiq qaydada zəruri tədbirlər görülür.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə
şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, hər ay bölgələrdə
Energetika naziri və nazir müavinlərinin vətəndaş qəbulu həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ