lombard
11:30
286

Gələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası,
İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta”
və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə görüş olub. Görüşdə məqsəd nazirlik və həmin
qurumlar arasında imzalanmış əməkdaşlıq Memorandumunun tətbiqi sahəsində görülən
işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli istehsalatda
bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığortanın əhəmiyyətindən bəhs edib. O, dövlət orqanları, işəgötürənlər ilə sığorta
şirkətləri arasında bu sahədə əməkdaşlığın önəmini vurğulayıb. M.Abbasbəyli nazirliyin
fəaliyyət sahələrində aparılan islahatları, xüsusilə bu sahələrdə elektron sistemlərin tətbiqinin
geniş miqyas aldığını diqqətə çatdırıb.
Əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub. Bildirilib ki, məlumat
mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə
əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən
edilərək qanunverciliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin
operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.
Görüşdə sistemin sentyabr ayının əvvəlindən tam fəaliyyətə başlanacağı vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ