lombard
14:39
302

Kitabxanaya daxil olan yeni kitablar oxuculara təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı isti yay günündə oxucularla açıq havada görüş keçirib.

Baş İdarədən bildirilib ki, görüşdə kitabxana əməkdaşları oxuculara kitabxana fonduna daxil olan kitablar haqqında məlumat veriblər. Oxucular yeni kitablarla tanış olub və onları dəyərləndiriblər.

Kitabxana tərəfindən təşkil edilən belə görüşlərdə əsas məqsəd oxucularla canlı ünsiyyətin qurulması, onlara asudə vaxtlarını kitablarla keçirmək vərdişinin aşılanması və mütaliə zövqünün formalaşdırılması, eyni zamanda yeni oxucuların kitabxanalara cəlb edilməsidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ