lombard
11:17
327

Yeni layihə çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

Layihə 500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf  Proqramının
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin
yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin
özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub.
Tədbirdə Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron rayonundakı
Məşğulluq Mərkəzlərinin direktorları, layihəyə cəlb edilən əlilliyi olan
vətəndaşlar iştirak edib.
Layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki,
ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük
verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Ötən il 1000 nəfərdən
çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını
yaradıb.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş
yerlərinin yaradılması” layihəsi də ölkəmizdə əlilliyi olan şəxslərin
özünüməşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarına malik
olmaları üçün görülən işlərə mühüm dəstək məqsədi daşıyır.
Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin
mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda
olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları
olanların seçimi prosesi davam edir. Nəticədə 700 nəfər seçilərək təlimlərə
cəlb ediləcək. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən
500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında
dəstək göstəriləcək. Bundan sonrakı mərhələdə proqram iştirakçılarının
müvafiq məsləhət xidmətləri ilə təmin olunması nəzərdə tutulur.
Tədbir zamanı layihə çərçivəsində əlilliyi olan şəxslərin
özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərə dair ətraflı məlumatlar
verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Yeni layihə çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna  dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub
Yeni layihə çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna  dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ