lombard
17:16
289

İsmayıllı və Ağsunun sərhəd ərazisində yanğın baş verib

Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Gəndəxan kəndinə yaxın, İsmayıllı və Ağsunun sərhəd ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən verilən məlumatda bildirilir ki, hadisə yerində hazırda 2-si İsmayıllı yanğından mühafizə hissəsinə məxsus olmaqla 4 yanğınsöndürən avtomobili və hər iki rayondan 50-yə yaxın canlı qüvvə çalışır. Dağlıq ərazi və mürəkkəb relyef yanğınla mübarizədə çətinliklər yaradır.

Saat 16:30 radələrinədək 5-6 hektar quru kol-kos sahəsi yanıb. Yanğının ətrafdakı meşəliklərə və yaxın kəndlərə yayılmaması üçün ciddi mübarizə aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ