lombard
17:40
268

“Qalatasaray”ın hücumçusu Hollandiya klubuna transfer olub

İstanbulun “Qalatasaray” klubunun futbolçusu Kostas Mitroğlu karyerasını Hollandiya çempionatında davam etdirəcək.

Yunanıstan millisinin hücumçusu icarə əsasında “PSV Eyndhoven” komandasında çıxış edəcək. Hollandiya təmsilçisi K.Mitroğluya görə 1 milyon 250 min avro təzminat ödəyəcək. Lakin futbolçunun məvacibini “Qalatasaray” təmin edəcək. İstanbul klubu oyunçuya bir il üçün 1 milyon 950 min avro verəcək.

Qeyd edək ki, müqavilə ilə Fransanın “Marsel” klubuna məxsus olan 31 yaşlı hücumçu bu ilin əvvəlində “Qalatasaray”a icarəyə verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ