lombard
13:26
508

Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan
özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında 
üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.
Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək
üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs
özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları
olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib.
Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim
kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik
ailə təsərrüfatlarını qurmaq üçün artıq  aktivlər verilməsinə başlanıb.
Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb
edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama
cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ