lombard
10:40
391

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Ötən dövrdə burada 1450-dək uşağa bərpa müalicəsi xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət
Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya
xidmətləri ilə təmin edilib.
Onlardan 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun
sindromlu, digər diaqnozlu uşaqlardır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi
nəticəsində yaradılan müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün
tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara
uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub. Müəssisədə uşaqlara
dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından,
müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri
göstərilir.
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi
fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta qədər müəssisədə 1450-dək
uşağa reabilitasiya xidmətləri göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ