lombard
11:35
249

Turizim üçün nəzərdə Tutulan rayonlardan biridə Oğuz rayonudu

Turizim üçün nəzərdə Tutulan rayonlardan biridə Oğuz rayonudu
Turizim üçün nəzərdə Tutulan rayonlardan biridə Oğuz rayonudu

Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiqlənmiş, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınmışdır. Arxeolji qazıntı işləri 1915-ci ildə aparılmışdır. 1945-ci ildə arxeoloji ekspedisiya qrupu geniş arxeoloji qazıntı işlərini davam etdirərək Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalası, Ocaq qoruğu adlanan ərazilərdən qədim dövrə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr – qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.
Rayonun ən böyük çayı Əlicançaydır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır. Rayon bir çox gözəllikləri ilə səfalı yerləri ilə insanı valeh edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ